SON XƏBƏRLƏR

İranda hökumət mollası oğurlandı

2025.08.23, 11:26
İranda hökumət mollası oğurlandı

Ötən gecə İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr rayonunun Bezman bölgəsində hökumət mollası oğurlanıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, maskalı naməlum silahlı şəxslər Məcid Fəllahpuru zorla avtomobilə mindirərək özləri ilə aparıblar.

Silahlı şəxslərin hansısa qrupa mənsub olduqları barədə məlumat yoxdur.

Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini öz üzrətinə götürməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar