SON XƏBƏRLƏR

İran xarici turistlərə yeni məhdudiyyətlər tətbiq etdi

2025.08.25, 09:39
İran xarici turistlərə yeni məhdudiyyətlər tətbiq etdi

İran Xarici İşlər Nazirliyi xarici turistlərin İrana təkbaşına səyahətini qadağan edib və viza almaq üçün tələb olunan şərtləri xeyli sərtləşdirib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Yeni qaydalara əsasən, viza müraciətçiləri sosial media hesablarına qədər şəxsi məlumatlarını təqdim etməlidirlər. Bundan əlavə, rəsmi turizm agentliyi ilə müqavilə, hotel rezervasiyası təsdiqi, tam səyahət marşrutu və lisenziyalı bələdçi ilə müşayiət olunmaq məcburidir.

Əlavə olaraq, müraciət edənlərdən CV, təhsil və səyahət tarixçəsi də tələb olunur. İran səfirlikləri ərizələri 2-3 həftə ərzində araşdıracaq.

Qeyd olunur ki, İran hökuməti İsraillə 12 günlük müharibədən sonra ölkədə təhlükəsizlik nəzarətini gücləndirib. Rəsmilərin açıqlamasına görə, müharibədən sonra İrana gələn xarici turistlərin sayı 53% azalıb.

Bundan əvvəl İranın "Etimad" qəzeti son 5 ildə ölkədə turizm sahəsinin çökdüyü barədə məlumat yayıb.

Turizm agentlikləri isə yeni məhdudiyyətlərdən sonra turizm sahəsinin dahada acınacaqlı vəziyyətə düşəcəyini bildirirlər.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar