SON XƏBƏRLƏR

İran bizə bunu deyə bilməz- Qrossi

2025.08.30, 14:06
İran bizə bunu deyə bilməz- Qrossi

İran BAEA-nin müfəttişlərinə Nətənz və ya İsfahandakı nüvə təsisatlarına gəlməyin deyə bilməz.

Gunaz.tv

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Rafael Qrossi deyib.

"Çünki o mərkəzlər hücuma məruz qalıblar. Həmin ərazilərdə potensial olaraq silah istehsalı üçün istifadə oluna bilən 60 faiz zənginləşdirilmiş uran var",- o əalvə edib.

Qrossi bildirib ki, zənginləşdirilmiş nüvə materiallarının nəzarət altında qalmasını təmin etmək üçün AEBA müfəttişlərinin o obyektlərə getməsi vacibdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar