SON XƏBƏRLƏR

KİV: Avropa liderləri Parisdə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edəcəklər

2025.09.01, 11:15
KİV: Avropa liderləri Parisdə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edəcəklər

Avropanın aparıcı ölkələrinin liderləri, NATO və Avropa Komissiyasının rəhbərləri sentyabrın 4-də Parisdə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edəcəklər.

Gunaz.tv

Bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə gələn həftə Parisdə Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında görüş keçiriləcək. Onlar Ukrayna üçün təhlükəsizlik təminatlarının müzakirəsini davam etdirəcəklər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar