SON XƏBƏRLƏR

Qalibaf Pezeşkianın istəyinə qarşı çıxdı - Bu qanunsuzdur!

2025.09.01, 13:30
Qalibaf Pezeşkianın istəyinə qarşı çıxdı - Bu qanunsuzdur!

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, valilərin səlahiyyətlərinin artırılması ilə bağlı  Prezident Məsud Pezeşkianın tələbinə qarşı çıxıb.

Gunaz.tv

Bununla bağlı İran mediası məlumat yayıb.

Prlament sədri məsələ ilə bağlı Məsud Pezeşkiana yazdığı məktubda onun istəyinin konstitusiyaya zidd olduğunu bildirib.

"Nazirlər Kabinetinin səlahiyyətlərinin bir hissəsinin valilərə verilməsi ölkə konstitusiyası və adi qanunlara zidd olduğu üçün, bu barədə verilən göstərişlərin bir qismi etibarsızdır",- Qalibaf yazıb.

Qeyd edək ki, bundan əvvəl Məsud Pezeşkian problemlərin vaxtında və yerində həll olunması üçün əyalət valilərinin səlahiyyətlərinin artırılmasını istəyib.

Radikal siyasi cərəyana mənsub şəxslər, media qurumları və Pezeşkiana rəqib siyasətçilər isə, bunu "ölkənin federallaşması planının başlanğıcı" kimi dəyərləndirib, icra olunacağı təqdirdə ölkənin arçalanacağını iddia ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar