SON XƏBƏRLƏR

Taliban nümayəndə heyəti İrana getdi

2025.09.05, 13:39
Taliban nümayəndə heyəti İrana getdi

İslam Əmirliyinin (Taliban hökuməti) Statistika və İnformasiya İdarəsinin bir qrup rəhbər şəxsi İrandakı əfqanistanlı miqrantların problemlərini həll etmək üçün Tehrana səfər edib.

Gunaz.tv

Bu haqda Əfqanistan mediası məlumat yayıb.

Bildirilib ki, Statistika və İnformasiya Departamentinin Əhalinin Qeydiyyatı üzrə müdir müavini Məhəmməd Nəbi Nüsrət beş nəfərlik nümayəndə heyətinin başında İrana gedib.

Nümayəndə heyəti İranda əfqan miqrantların şəxsiyyətinin müəyyən edilməsi prosesinin təkmilləşdirilməsi yollarını araşdıracaq və miqrantların şəxsiyyət problemlərinin tezliklə həll olunması üçün bu sahədə yeni tədbirlər görəcək.

Qeyd edək ki, 12 günlük İsran-İsrail qarşıdurmasından sonra İranda yaşayan yüz minlərlə əfqanistanlı qaçqın bu ölkədən  qovulub və deportasiya prossesi hələdə davam edir.

Rəsmi məlumata görə, cari ildə İrandan qovulan əfqanistanlı qaçqınların sayı 800 min, qeyri-rəsmi məlumatlara görə isə 1 milyon 200 min nəfərə çatıb.

Bu, beynəlxalq insan haqları təşkilatlarının etirazlarına səbəb olub, onlar Tehan hökumətinin bu hərəkətini faşizmin təzahürü adlandırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar