SON XƏBƏRLƏR

Tikantəpədə "Aşıqlar" Konfransı keçiriləcək

2025.09.06, 11:28
Tikantəpədə "Aşıqlar" Konfransı keçiriləcək

2025-cü il sentyabrın 11-də Qərbi Azərbaycan əyalətinin Tikantəpə şəhərinin Çəmligöl bölgəsində aşıq musiqisi sənətçiləri, mədəniyyət və incəsənət həvəskarlarının iştirakı ilə "Aşıqlar" festivalı keçiriləcək.

Gunaz.tv

Şifahi rəvayətlərdə və aşıq şeirlərində Koroğlunun doğulduğu bölgə kimi bəhs edilən yerlərdən biri də Tikantəpənin Çəmligöl ərazisidir.

Bu baxımdan festivalın burada keçirilməsinin xüsusi əhəmiyyəti var.

Məlumatlara görə, proqramda müxtəlif aşıq qrupları ənənəvi musiqi və epik hekayələr ifa edəcək, bundan başqa, bölgənin mədəni və bədii irsini daha yaxşı tanıtmaq üçün konfrans çərçivəsində ixtisaslaşdırılmış sessiyalar və yan sərgilər də hazırlanacaq.

Çəmligöl Azərbaycanın heyrətamiz təbii möcüzələrindən biri sayılır. Bölgədə təxminən 80 kvadratmetr sahəsi olan üzən ada yerləşir. Bölg xalqı buranın məşhur əfsanəvi qəhrəman Koroğlunun doğulduğu yer olduğuna inanırlar və burada Koroğlu qalası, Qırat və Duratın tövlələri kimi turistik önəmə sahib yerlər var. 

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar