SON XƏBƏRLƏR

Əraklı işçilər etiraz eyləmi keçiriblər

2025.09.11, 13:53
Əraklı işçilər etiraz eyləmi keçiriblər

Ərak Alüminium Şirkətinin yüzlərlə işçisi işi dayandıraraq etiraz eyləmi keçiriblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, işçilər insan hüquqlarının kobud şəkildə pozulmasına etiraz ediblər .

Azad İşçilər Birliyi də etiraz aksiyası ilə bağlı bəyanat yayıb:

"İşçilərin aksiyanın davam etməsinə baxmayaraq, şirkət rəhbərliyi və yerli rəsmilər onların haqlı və qanuni tələblərinə cavab vermir",- bəyanatda deyilir.

Narazı işçilər bildiriblər ki, onların etirazı təkcə maaş vəziyyəti və şirkət rəhbərliyi ilə məhdudlaşmır:

"Həm də iş yerlərində təhlükəsizliyin təmin olunmaması həyatımızı təhlükə altına alır".

Qeyd edək ki, 4 min işçisi olan müəssisədə etiraz eyləmi ötən ay başlayıb və həftənin müxtəlif günlərində təkrarlanır.
 
GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar