SON XƏBƏRLƏR

Tikantəpədə qopuzlar səslədi - Çəmli Göl Böyük Aşıqlar qurultayına ev sahibliyi etdi

2025.09.13, 12:50
Tikantəpədə qopuzlar səslədi - Çəmli Göl Böyük Aşıqlar qurultayına ev sahibliyi etdi

2025-cü il sentyabrın 11-də Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhristanının Çəmli Göl bölgəsində "Aydın Yul Afşar Azərbaycan" Mədəniyyət və İncəsənət İnstitutu və Azərbaycan Milli mədəni Fəalları tərəfindən Azərbaycan incəsənət xadimlərinin, mədəniyyət və incəsənət sevərlərin geniş iştirakı ilə Böyük Aşıqlar (Koroğlu Qurultayı) Qurultayı keçirilmişdir.

Gunaz.tv

Bu tədbir Azərbaycan xalqının mədəniyyətinin və kimliyinin ən görkəmli elementlərindən biri olan aşıq musiqisini qoruyub saxlamaq və tanıtmaq məqsədi ilə keçirilib. Əlavə olaraq, bu sahədə sənət adamlarının və tədqiqatçıların bir araya gətirilməsi, regionun mədəni və turizm potensialının tanıdılması da proqramın digər əsas məqsədləri sırasında olub.

Bu qurultayda görkəmli aşıqlardan ibarət bir qrup saz çalmaqla, dastanlar ifa etməklə mənəvi və həyəcanlı mühit yaratmışlar. Tədbirdə canlandırılan Azərbaycan rəqsləri və xalq sənəti tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bundan başqa, Ramyan bölgəsinin (Gülüstan əyaləti) qızılbaş türklərindən, türkmənlərdən, eləcə də Qaşqay türklərindən olan sənətçilər ənənəvi musiqi və ifaları ilə festivala rəng qatıblar.

Tədbirin təşkilatçılarının sözlərinə görə, proqram çərçivəsində əl İşləri, yerli incəsənət və regionun turistik yerlərini tanıtmaq üçün stendlər qurulub.

İştirakçılar tədbiri aşıq musiqisini dirçəltmək və türk xalqının vahid xalq kimi mədəni həmrəyliyini gücləndirmək üçün dəyərli fürsət hesab ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar