SON XƏBƏRLƏR

İran məmurları etirazçılara atəş açdı - 4 nəfər ölüb və yaralanıb

2025.09.16, 10:49
İran məmurları etirazçılara atəş açdı - 4 nəfər ölüb və yaralanıb

Sentyabrın 15-i günortadan sonra Saqqız rayonunun Pir İmran kəndin ərazisində yerləşən Qılqıla qızıl mədəni qarşısında etiraz eyləmi keçirilib.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Hadisə yerinə cəlb olunan hökumət məmurları etirazçı kəndlilərin aksiyasını dağıtmaq üçün onlara atəş açıb.

Nəticədə Məhəmməd Əmin Rəşidi adlı 22 yaşlı gənc həlak olub, 3 nəfər ağır yaralanıb və onlarla şəxs həbs edilib.

Məlumata görə, kəndlilər qızıl mədəninin qeyri-standard fəaliyyəti nəticəsində əkin, orlaq sahələrinin məhv olmasına, ətraf mühitin çirklənməsinə görə aksiyaya əl atıblar.

Onların sözlərinə görə, bununla yanaşı qanunsuz olaraq əkin və bağ sahələri mənimsənilib və mədən üçün yeni yol çəkilib:

"Bunun qarşılığında kəndlilərə dəyən ziyana görə kompensasiya da ödənilməyib".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar