SON XƏBƏRLƏR

Ermənistan-İran sərhədində əlaqənin pozulmaması vacibdir - İranlı ekspert

2025.09.18, 14:14
Ermənistan-İran sərhədində əlaqənin pozulmaması vacibdir - İranlı ekspert

Heç kim “Tramp marşrutu”nun necə işləyəcəyini bilmir, heç kim İran yük maşınlarının yerüstü və ya yeraltı keçidlərdən, ya da başqa yollarla keçə biləcəyini bilmir, lakin Ermənistan-İran sərhədində əlaqənin pozulmaması vacibdir.

Gunaz.tv

Bunu İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti, İranlı siyasətşünas Qodrətullah Şəfi deyib.

O, bunun İran üçün həddindən artıq vacib məsələ olduğunu və Tehranın bu marşrutun İranın şimal yolunu bağlamayacağına əmin olmaq istədiyi ilə izah edib.

"İran-Azərbaycan münasibətləri gündən-günə pisləşdiyindən, İran vaxtilə Avropaya gedən yeganə yolun Ermənistan ərazisindən keçəcəyinə inanır",- Şəfi əlavə edib.

İranlı ekspert İran və Rusiya ilə münasibətlərin kəskinləşməsinə görə Azərbaycan Respublikasını günahlandırıb:
 
"2020-ci il müharibəsindən sonra Azərbaycan özü ilk növbədə İranla, sonra isə Rusiya ilə münasibətləri kəskinləşdirməyə başlayıb.
İran və Rusiya ilə müqayisədə Azərbaycan kimi kiçik ölkənin iki çox vacib qonşu ilə eyni vaxtda münasibətləri gərginləşdirmə qərarına gəlməsi tədbirsizlik və məntiqsizlikdir",- Şəfi iddia edib.

İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti "münasibətlərin gərginləşməsinin arxasında başqa qüvvələrin durduuğunu deyib. 

İranın bəzi rəsmilərinin irəli sürdüyü iddiaları təkrar edən Şəfi, bunun Türkiyənin, İsrailin və ya ABŞ-nin təzyiqi nəticəsi ola biləcəyini iddia edib.

"Tehranla Bakı arasındakı münasibətlər nə qədər pisləşsə, İran bir o qədər Ermənistanla yaxınlaşmağa çalışacaq",- iranlı ekspert bildirib.

Qeyd edək ki, iranlı ekspertin bu müsahibəsi Ermənistan mediasında geniş yayılıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar