SON XƏBƏRLƏR

İranda 8 müəllim cəzalandırıldı

2025.09.19, 12:16
İranda 8 müəllim cəzalandırıldı

Kirman əyalətinin məhkəməsi 4 kişi müəllimin hər birinə 6 ay həbs cəzası verib.

Gunaz.tv

Bu barədə İran Müəllimlər Birliyi məlumat yayıb.

Bununla yanaşı 4 qadın müəllim və ictimai fəalın da hər biri 350 milyon tümən cərimə cəzasına məhkum edilib.

Onlar "müxalif təşkilatlara üzv olmaq", "hökumətə qarşı təbliat" və "rəhbəri təhqir etmək"də günahlandırılıblar.

Bildirilib ki, həmin müəllimlər 2022-ci ilin sentyabr ayında başlayan kütləvi etiraz aksiyalarına dəstək verdikləri üçün mühakimə olunmuşdular.

İnsan haqları təşkilatlarının məlumatına görə, müəllimlər etiraz aksiyaları zamanı həbs olunan müəllim və tələbələrin azad edilməsi üçün çağırışlar etmişdilər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar