SON XƏBƏRLƏR

Amerika Əfqanıstana görə İrana verilmiş güzəştləri ləğv etdi

2025.09.19, 14:26
Amerika Əfqanıstana görə İrana verilmiş güzəştləri ləğv etdi

ABŞ Dövlət Departamenti Əfqanıstanın inkişafı və yenidən qurulmasına kömək məqsədilə İrana verilmiş güzəştləri ləğv edib.

Gunaz.tv

Bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, bu güzəştlərin ləğvi Donald Trampın İran rejimini təcrid etmək üçün maksimum təzyiq siyasətinin bir hissəsidir.

Qeyd edək ki, bu güzəştlər İrana Əfqanıstanda inkişaf və yenidənqurma layihələri üzərində işləməyə imkan verirdi. ABŞ 2018-ci ildə bu güzəştlərə razılıq vermişdi.

Bu güzəştlərin ləğvi İranın Çabahar limanı vasitəsilə tranzit və ticarət üçün ciddi problemlər yarada bilər və İran və Əfqanıstan arasında iqtisadi əməkdaşlığa mənfi təsir göstərə bilər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar