SON XƏBƏRLƏR

Portuqaliya bazar günü Fələstin dövlətini tanıyacaq

2025.09.20, 09:23
Portuqaliya bazar günü Fələstin dövlətini tanıyacaq

Portuqaliya bazar günü Fələstin dövlətini rəsmən tanıyacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi açıqlayıb.

Nazirlik Fələstin Dövlətinin rəsmən tanınmasının gələn həftə keçiriləcək BMT-nin Baş Assambleyasından əvvəl baş tutacağını bildirib.

Qeyd edək ki, Portuqaliyanın qonşusu İspaniya İrlandiya və Norveçlə birlikdə 2024-cü ilin mayında Fələstin Dövlətini tanıyıb.

Hazırda Avropa İttifaqının 27 üzvündən yalnız bir neçəsi Fələstini dövlət kimi tanıyır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar