SON XƏBƏRLƏR

Hindistan İrana səfərlə bağlı xəbərdarlıq etdi

2025.09.20, 09:39
Hindistan İrana səfərlə bağlı xəbərdarlıq etdi

Hindistan vətəndaşlarını qaçırma riski səbəbiylə saxta iş elanlarına aldanaraq İrana getməməyə çağırıb.

Gunaz.tv

Bununla bağlı Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Son həftələr artan sayda Hindistan vətəndaşı iş imkanları və ya üçüncü ölkələrə immiqrasiya ehtimalı vədləri ilə aldadılıb İrana səfər edib, ancaq İrana daxil olduqdan sonra cinayətkar dəstələr tərəfindən qaçırılıb və azadlığa buraxılmaları üçün ailələrindən pul tələb edilib",- nazirliyin məlumatında bildirilib.

Xəbərdarlıqda vurğulanır ki, Hindistan vətəndaşlarının İrana vizasız girişinə yalnız turizm məqsədləri üçün icazə verilir:

"Agentliklərin məşğulluq və ya qeyri-turizm məqsədləri üçün vizasız gediş-gəlişi asanlaşdırmaq üçün hər hansı iddiaları çox güman ki, cinayət şəbəkələri ilə bağlıdır".

Hindistanın Xarici İşlər Nazirliyi bütün vətəndaşları xaricdə iş təklifləri ilə qarşılaşdıqda həddindən artıq ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə dərhal səlahiyyətlilərə məlumat verməyə çağırıb. 

"Bütün Hindistan vətəndaşlarına bu cür vədlərə qarşı son dərəcə ehtiyatlı olmaları tövsiyə olunur", - bəyanatda deyilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar