SON XƏBƏRLƏR

İranda "siğə" saytları artıb, rəsmi nikahlar azalıb

2025.09.22, 13:56
İranda "siğə" saytları artıb, rəsmi nikahlar azalıb

Ölkədə artan “siğə” və “qadınlarla tanışlıq” saytları, virtual kanallar və səhifələr saxtakarlıq və istifadəçilərdən sui-istifadə platformasına çevrilib.

Gunaz.tv

Bu haqda SEPAH-a bağlı “Cavan” saytı mlumat yayıb.

“Bu kanalların sayının artması cəmiyyət üçün ciddi həyəcan təbili çalır. Bu təkcə şəxslərin maliyyə aktivlərini hədəfə almır, həm də onların psixi sağlamlığını, sosial təminatını və ailənin təməlini təhdid edir”, - nəşr bildirib.

Qeyd edək ki, iranlı ekspertlər ölkədə ailə quranların sayının azaldığını, bunun əvəzinə "siğə" hallarının artdığını bildirirlər.

Onların fikrincə, ölkədə iqtisadi böhran insanları, xüsusən gəncləri rəsmi nikaha girməkdən çəkindirir, "siğə" və "ağ evlili" adlandırılan qeyri-rəsmi münasibətlərə sövq edir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar