SON XƏBƏRLƏR

Qrossi İranın uran ehtiyatı ilə bağlı xəbərdarlıq etdi

2025.09.24, 15:39
Qrossi İranın uran ehtiyatı ilə bağlı xəbərdarlıq etdi

12 günlük müharibədə İsrail və ABŞ-ın hava zərbələrindən sonra İslam Respublikası hələ də nüvə silahı proqramını inkişaf etdirmək qabiliyyətini saxlayır.

Gunaz.tv

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib.

Qrossinin sözlərinə görə, İran hökumətinin uran ehtiyatını zənginləşdirmək üçün lazım olan sentrifuqaları yaratmaq üçün hələ də imkanları var. 

O, Tehranın hələ də 60 faiz zənginləşdirilmiş uran ehtiyatını yoxlamaq üçün giriş icazəsi vermədiyini bildirib:

"Görünür, onlar bu materialların hələ də növbəti hücumların hədəfi ola biləcəyini düşündükləri üçün nüvə ehtiyatlarını ciddi qoruyurlar".

Agentliyinin baş direktoru izah xəbərdarlıq edib ki, bu ehtiyatları 90 faiz zənginləşdirməyə (nüvə silahları üçün tələb olunan səviyyəyə) çatdırmaq üçün "aylar və ya illər deyil, bir neçə həftə" lazım olacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar