SON XƏBƏRLƏR

Zelenski: İranın bir vaxtlar Lübnana etdiyini, Rusiya indi Moldovaya etmək istəyir

2025.09.24, 18:11
Zelenski: İranın bir vaxtlar Lübnana etdiyini, Rusiya indi Moldovaya etmək istəyir

İranın bir vaxtlar Lübnana etdiyini, Rusiya indi Moldovaya etmək istəyir.

Gunaz.tv

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

“Biz artıq Gürcüstanı Avropada itirdik. Gürcüstan Rusiyadan asılı hala gəlib”, - Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın müdaxilələrinə dünyanın reaksiyası kifayət deyil. Zelenski qeyd edib ki, bununla belə, Moldova özünü Rusiyanın müdaxiləsindən qoruyur: “Avropa Moldovanı da itirməyə göz yuma bilməz. Avropa İttifaqı Moldovaya maliyyə və enerji dəstəyi verməlidir”.

Ukrayna lideri onu da qeyd edib ki, Şimali Koreya taktiki zərbə dronunun sınağını həyata keçirir: “Bu onu göstərir ki, hətta məhdud imkanlara sahib olan ölkələr də çox təhlükəli silahlar hazırlaya bilirlər”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar