SON XƏBƏRLƏR

Sərdəridə oğru oğrunu tutdu - Prokuror işə qarışdı

2025.09.26, 11:13
Sərdəridə oğru oğrunu tutdu - Prokuror işə qarışdı

Şərqi Azərbaycan əyalətinin Təbriz yaxınlığında terləşən Sərdəri şəhərində baş verən hadisə vətəndaşların etirazına səbəb olub.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, Şəhər Şurasının üzvü qəbristanlıqdan oğurluq edən şəxsi elektrik dirəyinə bağlayaraq işgəncə edib, çəkiliş aparıb və sosial mediada paylaşıb.

Sərdərililər SEPAH-a bağlı Yunis Adibeyg adlı Şəhər Şurası üzvünün bu hərəkətini özbaşınalıq adlandırıb, onun heç bir hüquqi səlahiyyəti olmadan müttəhimi işgəncə və təhqir etməsinə görə şikayət ediblər.

Bundan sonra Təbriz prokuroru Məhbub Əlilu məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün göstəriş verib.

Sərdərillərin etirazının əsas səbəbi isə Şəhər Şurasının üzvü Yunis Adibeyginin özünün korrupsiya və mənimsəmələrə görə məşhurlaşmasıdır.

Sərdərililər sosial mediadakı paylaşımlarında və prokurorluğa şikayətlərində Adibeyginin bölgədə torpaqları mənimsəməkdə, tarixi "Narın qala" abidəsini dağıtmaqda ittiham ediblər.

Yerli mediada yayılan məlumatlara görə, Şəhər Şurasının üzvünün torpaqların mənimsənilməsi, qanunsuz tikintilər və başqa bu kimi əmməllərinə görə barəsində bir neçə cinayət işi açılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar