SON XƏBƏRLƏR

İran məhkəməsi daha iki "İsrail casusu"nu edama məhkum etdi

2025.09.27, 10:09
İran məhkəməsi daha iki "İsrail casusu"nu edama məhkum etdi

Kərəc şəhərinin məhkəməsi "İsrailə casusluq" ittihamına görə 4 nəfər barəsində hökm çıxarıb.

Gunaz.tv

Bu haqda Albürz əyalətinin məhkəmə sisteminin başçısı Hüseyn Fazili Herikəndi məlumat yayıb.

O, həmin şəxslərin ikisinin edam cəzasına, ikisinin isə uzun müddətli həbs cəzasına məhkum edildiklərini deyib.

"Bu işdə mühakimə olunan şəxslər kiberməkan vasitəsilə Xalq Mücahidləri Təşkilatı və İsrail kəşfiyyat xidməti və Mossad zabitləri ilə əlaqə saxlayaraq qonşu Qərb ölkələrindən birinə səfər edərək onların üzvü olublar",- məhkəmə başçısı iddia edib.

"Məhkum olunmuş şəxslər kiberməkanda təhlükəsiz rabitə və fəaliyyətin qurulması, naviqasiya, həssas yerlərin dəqiq koordinatlarının təyin edilməsi və göndərilməsi, partlayıcı mərmilərin, buraxılış qurğularının və onların buraxılış mənbələrinin necə hazırlanması kimi müxtəlif təlimlər keçiblər",- baş hakim əlavə edib.

Hüseyn Fazili Herikəndinin sözlərinə görə, bu şəxslər bir sıra hərbi və ictimai yerləri yandırmaq, onun videosunu göndərmək və kriptovalyuta şəklində vəsait almaq kimi hərəkətləri də həyata keçiriblər.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar