SON XƏBƏRLƏR

İrana yeni hücumlar olacaq- Lavrov

2025.09.28, 11:06
İrana yeni hücumlar olacaq- Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında İrana qarşı yeni hücumların təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Gunaz.tv

Bu barədə Rusiyanın TASS xəbər agentliyi məlumat yayıb.

“Sizin vaxtaşırı yazdığınız, siyasi analitiklərin qeyd etdikləri İrana qarşı yeni zərbələr təhlükəsi hələ də davam edir.

Bəzi məlumatlı mənbələrin verdiyi məlumata görə, zərbələr praktiki müstəvidə də müzakirə olunur. Bütün bunlar həm hərbi təhdidlər, həm də İranı iqtisadi cəhətdən boğmağa yönəlmiş tədbirlər kimi koordinasiyalı şəkildə həyata keçirilir”, - deyə Lavrov jurnalistlərə deyib.

O, İrana qarşı "tətik" mexanizminin tətbiqindən də narahatlığını bildirib:

"Qərb BMT-nin 2015-ci il qətnaməsinin mürəkkəb mətnini hazırlamaqla İran üçün tələ qurdu".

Rusiyanın xarici işlər naziri İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmaq niyyətində olmadığını söyləyib.

Lavrov Avropa Birliyini BMT-nin İrana qarşı sanksiyalarının bərpa olunması üçün "əlindən gələni" etməkdə günahlandırıb.

Qeyd edək ki, son günlər İran rəsmiləri də İsrailin yeni hücum ehtimalına görə, cavab zərbələrinə hazırlaşdıqlarını bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar