SON XƏBƏRLƏR

İran millət vəkilləri Avropa elçilərini ölkədən çıxarmağa çağırır

2025.09.29, 11:41
İran millət vəkilləri Avropa elçilərini ölkədən çıxarmağa çağırır

İran parlamentariləri bazar ertəsi Avropa səfirlərini ölkədən çıxarmağa, əməkdaşlığı dayandırmağa çağırıblar.

Gunaz.tv

"Üç Avropa ölkəsinin İslam Respublikasına qarşı hərəkəti düşmən xarakter daşıyır. İran xalqına qarşı qeyri-qanuni mövqe sərgiləyən və düşmənçilik edən ölkələrin səfirlərinin ölkədə olması üçün heç bir səbəb yoxdur." - bunu Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaeddin Brucerdi deyib.

Brucerdi əlaqələri aşağı salmağı və əməkdaşlığı dayandırmağı təklif edərək deyib: “Xarici İşlər Nazirliyi əlaqələri müvəqqəti işlər vəkili səviyyəsinə endirməli, bu üç ölkənin səfirlərini İrandan qovmalı və bütün əməkdaşlıq, təmas və iqtisadi mübadilələri dayandırmalıdır."

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar