SON XƏBƏRLƏR

İsrail yeni hücumu nəzərdən keçirir - “Vaşinqton Post”

2025.10.03, 11:00
İsrail yeni hücumu nəzərdən keçirir - “Vaşinqton Post”

İrana beynəlxalq təzyiqlərin güclənməsi və BMT sanksiyalarının geri qaytarılması ilə İsrailin İranın nüvə obyektlərinə yeni hərbi hücumları ehtimalı ilə bağlı narahatlıqlar güclənib.

Gunaz.tv

Bu haqda “Vaşinqton Post” yazıb.

"Tramp administrasiyasının “tətik mexanizmi” sanksiyalarını bərpa etməsi Tehran və Vaşinqton arasında diplomatik məkanı bağladı, eyni zamanda İsrailin bölgədə yeni hərbi hərəkətliliyinin əlamətləri görünür",- nəşr bildirib.

“Vaşinqton Post” bildirib ki, Amerika rəsmiləri sanksiyaları İslam Respublikasını danışıqlar masasına qaytarmaq üçün təsir rıçaqları kimi işə salıblar:

"Ancaq Amerikanın regiondakı müttəfiqləri prosesin davam etdirilməsinin birbaşa hərbi münaqişəyə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər".

“Vaşinqton Post”un məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu BMT-dəki son çıxışında xəbərdarlıq edib ki, İsrail İslam Respublikasına hərbi nüvə proqramını yenidən qurmağa imkan verməyəcək:

"İranın zənginləşdirilmiş uran ehtiyatları məhv edilməlidir" dedi.

Qeyd edək ki, İsrail təhlükəsizlik rəsmiləri də yerli mediaya bildiriblər ki, İrana qarşı yeni hücum variantlarının nəzərdən keçirilməsi gündəmdədir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar