SON XƏBƏRLƏR

Yüzlərlə iranlı ABŞ-dan qovulacaq

2025.10.03, 14:13
Yüzlərlə iranlı ABŞ-dan qovulacaq

ABŞ hökuməti bu ölkədə olan daha 2500 iranlı miqrantı geri qaytaracaq.

Gunaz.tv

Bu haqda xarici media məlumat yayıb.

Nəşr, ABŞ-dən deport olunan iranlı qaçqına istinadən bildirib ki, yüzlərlə iranlı miqrantın deportasiyası barədə Vaşinqtonda İranın Maraqların Müdafiəsi Ofisinin rəhbəri Əbülfəz Mehrabadi deyib.

İran Xarici İşlər Nazirliyinin parlament və konsulluq məsələləri üzrə baş direktoru Hüseyn Nouşabadi isə daha 400 iranlı miqrantn ABŞ-dan geri qaytarılacağını təsdiq edib.

Qeyd edək ki, sentyabrın 29-da 3 qadın və 117 kişi təhlükəsizlik məmurlarının nəzarəti altında çarter reysi ilə ABŞ-dan İrana qaytarılıb. 

Məlumatın yayılmasından sonra insan haqları təşkilatları qaçqınların taleindən narahatlıqlarını ifadə edən bəyanat yayıblar.

Onların bildirdiyinə görə, qaçqınlardan bəziləri siyasi fəal olduqları və təzyiqlərdən yayınmaq üçün mühacirətə məcbur olublar:

"Onlar İrana çatdıqdan sonra həbs edilə, barələrində hətta ölmülə nəticələnə biləcək ağır məhkəmə qərarları çıxarıla bilər".

Bəzi qeyri-rəsmi məlumatlarda isə, deport olunanlar arasında İran hökuməti və SEPAH-a bağlı şəxslərin də olduğu, onların başqa məqsədlərlə ABŞ-ə getdikləri iddia edilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar