SON XƏBƏRLƏR

İranda məcburi hicab qaydaları- İdman klubu bağlandı

2025.10.06, 13:19
İranda məcburi hicab qaydaları- İdman klubu bağlandı

İranın Yəzd şəhərində idman klubu "qarışıq fəaliyyət", qadın və kişilərin bir yerdə idman etməsi və məcburi hicab qaydalarının pozulduğu səbəbindən bağlanıb.

Gunaz.tv

Bu haqda Yəzdin İctimai Məkanlara Nəzarət Polisnin rəisi Əli Əkbər Təbai məlumat yayıb.

"Əməkdaşlarımız yoxlama apardıqdan sonra burada oğlan və qızların bir yerdə idman etdiklərini barədə məlumatı təsdiq edib, klubu bağlayıb və rəhbərini həbs ediblər",- o bildirib.

Təbai, kimliyi açıqlanmayan klub rəhbəri barəsində cinayət işi açıldığını deyib.

Qeyd edək ki, iki gün əvvəl İran Məsləhət Şurasının üzvü Məjhəmməd Rza Bahünərə istinadən "İranda məcburi hicab qanununun tətbiqi dayandırıldı" məzmunlu məlumatlar yayılıb, bu isə həqiqəti əks etdirmir.

Bu günə kimi məcburi hicab qaydaları ilə bağlı tətbiq etmələr davam edir, sadəcə İbrahim Rəisinin prezidentliyi dövründə təklif olunan və qaydaların dahada sərtləşdirilməsini nəzərdə tutan "hicab qanun layihəsi" qəbul olunmayıb.

İran Ali Milli Təhlükəsizlik Şurası yeni qanunun qəbulunun etiraz dalğalarının başlamasına səbəb olacağını deyib, bunun ölkənin milli təhlükəsizliyə zərbə vuracağı barədə xəbərdarlıq edib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar