SON XƏBƏRLƏR

Tehranda tələbə qız hicaba görə döyüldü

2025.10.06, 16:09
Tehranda tələbə qız hicaba görə döyüldü

Bu gün səhər saatlarında Tehran Qərb Azad Universitetində tələbə qız məcburi hicab qaydalarını pozduğuna görə döyülüb.

Gunaz.tv

Bu haqda yerli tələbə hərəkatı fəalları məlumat və video paylaşıb.

Məlumata görə, universitet nəzarətçiləri tələbə qızın geyiminə, mantosunun qısa olmasına irad bildirib, ondan bunu təkrar etməyəcəyinə dair yazılı iltizam almaq istəyiblər.

"Buna etiraz edən tələbə başqalarının gözü qarşısında döyüldü və zorla mühafizə xidmətinin otağına aparıldıqdan sonra, onun ictimai asayşi pozduğu iddiası ilə hadisə yerinə çağırılan polisə əməkdaşlarına təhvil verildi",- məlumatda qeyd olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar