SON XƏBƏRLƏR

Dünya Bankı BMT sanksiyaları və iyun müharibəsindən sonra İranda daha dərin tənəzzüllə bağlı xəbərdarlıq edib

2025.10.07, 12:52
Dünya Bankı BMT sanksiyaları və iyun müharibəsindən sonra İranda daha dərin tənəzzüllə bağlı xəbərdarlıq edib

Dünya Bankının yaydığı məlumata görə, İran iqtisadiyyatı bu il və gələn il kiçilməyə davam edəcək.

Gunaz.tv

Dünya Bankı, İranın ümumi daxili məhsulunun 2025-ci ildə 1,7%, 2026-cı ildə isə 2,8% azalacağını proqnozlaşdıraraq aprel ayında öngördüyü kiçik artım ehtimalını rədd edib.

Mümkün iqtisadi geriləmənin səbəbi BMT sanksiyalarının bərpa edilməsi və neft ilə qeyri-neft sektorundakı ixraclarla bağlı yaranacaq əngəllərlə izahedilir.

Tətik mexanizmi çərçivəsində bərpa edilən bu məhdudiyyətlər ixracı məhdudlaşdırıb və maliyyə bazarlarına çıxışı çətinləşdirib, İranın sanksiyaya məruz qalmış iqtisadiyyatı üzərindəki gərginlik artıb.

Bank bildirib ki, İsrail və Amerikanın İranın nüvə obyektlərinə zərbə endirdiyi iyun münaqişəsi ticarət və investisiyaları daha da azaldıb, həm sənaye istehsalını, həm də xidmətləri yavaşlatıb.

Qeyd edək ki, bununla yanaşı, Dünya Bankı Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanı əhatə edən MENAAP regionunun iqtisadiyyatının 2025-ci ildə 2,8% artacağını gözləyir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar