SON XƏBƏRLƏR

3 mindən çox İran tankeri Əfqanıstanda qalıb

2025.10.09, 12:19
3 mindən çox İran tankeri Əfqanıstanda qalıb

İranın 3 mindən çox yanacaq tankeri və yük maşını iki aydan çoxdur ki, Əfqanıstanda qalıb.

Gunaz.tv

Bunu Neft Məhsulları Birliyinin sözçüsü Həmid Hüseyni deyib.

Onun sözlərinə görə, problem İran yanacağının Kabilin təyin etdiyi standartlara uyğun olmadığına görə yaranıb.

Hüseyni, minlərlə tankerin Əfqanistan tərəfdə ilişib qaldığını və geri qayıtmalarına da icazə verilmədiyini bildirib.

Qeyd edək ki, Taliban hakimiyyətə gələndən bu yana İran yanacağına məhdudiyyət tətbiq edib.

Taliban rəsmiləri İran yanacağının keyfiyyətsiz olduğuna görə, alternativ tədarükçülər, o cümlədən Özbəkistan, Türkmənistan və İraqdan yanacaq idxal etməyə üstünlük verib.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar