SON XƏBƏRLƏR

İsrail İranın silah qaçaqmalçılığının qarşısı alıb

2025.10.09, 14:14
İsrail İranın silah qaçaqmalçılığının qarşısı alıb

İsrail İordan çayının qərb sahilinə İran silahlarının qaçaqmalçılıq yolu ilə keçirilməsi planının qarşısını alıb.

Gunaz.tv

Bu haqda İsrailin "Kanal 14"-ü Şin Bet-in bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, İranın məqsədi İordan çayının qərb sahilindəki qrupları silahlandırmaq və İsrail hədəflərinə hücum etmək olub.

"Ələ keçirilən yükün içərisində onlarla partlayıcı qurğu, pilotsuz təyyarələr, tank əleyhinə silahlar, qumbaralar, tapançalar, tüfənglər və yüzlərlə patron olub",- məlumatda bildirilib.

Qeyd olunub ki, istintaq aylar əvvəl silah satıcısının Ramallah yaxınlığında həbs edilməsindən sonra başlayıb və nəticədə böyük bir qaçaqmalçı şəbəkəsinin müəyyən edilməsinə səbəb olub.

İsrailin iddiasına görə, qaçaqmalçılıq əməliyyatı SEPAH-ın  “4000-ci bölməsi”nin komandiri Cavad Qaffari və Suriyada Əsgər Baqerinin nəzarəti altında fəaliyyət göstərən “18840-cı bölük” vasitəsilə həyata keçirilib. 

İsrailin Livanda həyata keçirdiyi hava hücumları nəticəsində öldürülən SEPAH-ın iki üzvü Saleh əl-Hüseyni və Məhəmməd Şaibin də şəbəkə üzvləri olduğu müəyyən edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar