SON XƏBƏRLƏR

Təbrizdə tarixi hamam dağıdılır

2025.10.17, 15:26
Təbrizdə tarixi hamam dağıdılır

Təbrizin Abbasibölgəsində yerləşən tarixi Mirza Tağı Hamamının bir hissəsi dağıdılıb.

Gunaz.tv

Bu haqda Təbrizin "Nəsr news" xəbər saytı məlumat yayıb.

Məlumata görə, bir neçə ildir mülk sahibləri ilə Mədəni İsr Təşkilatı arasında mübahisəli mövzuya çevrilən tarixi abidənin dağıdılmasına İran Ali Məhkəməsi də qərar verib.

Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Əhməd Həmzəzadə də məlumatı təsdiq edib:

"Abidənin dağıdılmasının qarşısını almaq üçün təşkilatımızın mühafizə əməkdaşları hadisə yerinə göndərlsə də mülk sahiblərinin müqaviməti ilə üzləşiblər.  Bildirilib ki, hamamın sökülməsi barədə Ali Məhkəmə də mülkiyyətçilərin iddiasını təmin edib. Belə olan halda biz heç nə edə bilmərik və qanuni qərara hörmətlə yanaşmalıyıq",- Həmzəzadə bildirib.

Qeyd edək ki, Qacarlar dövrünə aid olan tarixi Mirza Tağı Hamamı, Təbrizin nadir memarlıq nümunələrindən sayılır və İran Milli Əsərlər Siyahısında qeydiyyata alınıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar