SON XƏBƏRLƏR

Tehranda jurnalistin evinə hücum etdi

2025.10.21, 10:00
Tehranda jurnalistin evinə hücum etdi

Dünən səhər saatlarında təhlükəsizlik məmurları Tehranda yaşayan jurnalis və ictimai fəal Mərziyə Rəsulinin evinə hücum ediblər.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhkəmə arayışı olmadan  jurnalistin evində axtarış aparılıb, ona və həyat yoldaşına məxsus əşyalar müsadirə olunub.

Axtarışın səbəbləri barədə açıqlama verilməyib.

Mərziyə Rəsuli "Şərq" və "Etimad" qəzetlərində işləyib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra mediaya qarşı təzyiqlər artıb və 150 jurnalist işdən qovulub.

Azad İnformasiya Axınını Müdafiə Təşkilatının son hesabatına əsasən cari ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar