SON XƏBƏRLƏR

Təbrizdə illik kitab sərgisi yenə də ləğv edildi

2025.10.23, 15:33
Təbrizdə illik kitab sərgisi yenə də ləğv edildi

Uzun illərdir hər il Təbrizdə keçirilən ənənəvi kitab sərgisi üçüncü  dəfə olaraq yenidən ləğv edilib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-qərb bölgəsinin ən əhəmiyyətli mədəni tədbirlərində hesab edilən sərginin ləğvinin səbəbləri ilə bağlı açıqlama verilməyib:

"Nə Mədəniyyət Nazirliyi və nədə yerli əlaqədar dövlət qurumları məsələyə aydınlıq gətirmirlər",- Təbrizin "Azərəncümən" nəşri bildirib.

Qeyd edək ki, Təbrizin illik kitab sərgisinin 4 il fasilədən sonra 2023-cü ildə yenidən keçirilməsinə səy göstərilsə da, naşirlərə qarşı tətbiq olunan məhdudiyyətlər buna mane olub.

Yeni qaydalara görə, nəşriyyatlar 5 adda kitabdan artıq kitabla sərgidə iştirak edə, özlərinə məxsus ayrıca bölmələrdə təmsil oluna bilməyəcəkləri elan edildkdən sonra, azərbaycanlı naşorlər sərgidə iştirak etməkdən imtina ediblər.

Yeni qaydalara görə həmçinin nəşriyyatlar öz istədikləri kitabları deyil, İslami İrşad və Təbliğat Nazirliyinin təsdiq etdiyi kitabları sərgidə nümayiş etdirməlidirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar