Azərbaycanlı fəalların vəziyyətini öyrənmək üçün Urmiya İctimai və İnqilab Prokurorluğuna gedən ailə və qohumlarının məlumatına görə, onlar yaxımları ilə görüşə bilməyiblər.
Qeyd edək ki, Əta Kərimi 3-cü dərəcəli qaraciyər piylənməsi xəstəliyindən əziyyət çəkir, digər milli fəal Əmir İbrahimli isə disk yırtığı səbəbindən tibbi nəzarət altındadır.
Azərbaycanlı fəalların ailəsinin təkidinə baxmayaraq, zabitlər fəalın dərmanlarını çatdırmaqdan imtina ediblər. Ailə hətta dərmanları çatdırmaq üçün Kəşfiyyat İdarəsinə də gedib, lakin təhlükəsizlik qüvvələrinin təxribatı səbəbindən dərmanları çatdıra bilməyiblər.
Həbslər zamanı təhlükəsizlik qüvvələri bu fəalların mobil telefonları və iş avadanlıqları, o cümlədən CCTV kameraları, modemlər, POS kart oxuyucuları və s. kimi şəxsi əşyalarını götürüblər.
Qeyd edək ki, Urmiyadakı yerli mənbələrin məlumatına görə, son günlərdə Qərbi Azərbaycan əyalətində kürd milis qrupları ilə əlaqəli elementlərin ictimai fəaliyyətləri ilə bağlı sosial mediada etiraz materialları dərc etdiklərinə görə ən azı 10 türk fəal həbs edilib və bəzi türk fəallarına bu məsələ ilə bağlı paylaşım etməyə davam edəcəkləri təqdirdə həbs olunacaqları barədə telefon zəngləri ilə hədə-qorxu gəlinib.
C