SON XƏBƏRLƏR

Pezeşkian vəziyyətdən "çıxış yolu"nu göstərdi: Məscidlər...

2025.10.24, 12:43
Pezeşkian vəziyyətdən "çıxış yolu"nu göstərdi: Məscidlər...

İran prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinə səfəri zamanı problemlərin həll yolu, Amerika və İsralə qarşı mübarizənin metodu barədə çıxış edib.

Gunaz.tv

Bununla bağlı yerli media məlumat yayıb.

Əyalətin dini və etnik nümayəndələri ilə görüşən Pezeşkian, onlardan məscidlərə əhəmiyyət vermələrini tövsiyə edib:

"Məscidlər xalqa xidmətin əsas mərkəzidir. Əgər məscidlərə diqqət yetirmək, onların mərkəzliyi və din xadimlərinin köməyi ilə xalqın problemlərinin həllinə diqqət yetirilərsə, Amerika və İsrail heç bir qələt qıra bilməz".

Qeyd edək ki, Pezeşkianın bu bəyanatı İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin fikrinin təkrarıdır.

Xomeyni "məscid səngərdir, səngərləri qoruyun" deyərək, vətəndaşları mollaların rəhbərliyi altında məscidlərdə birləşməyə çağırmışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar