SON XƏBƏRLƏR

Kürd millət vəkili Pezeşkianla görüşdə qalmaqal yaratdı

2025.10.25, 14:29
Kürd millət vəkili Pezeşkianla görüşdə qalmaqal yaratdı

İran Prezidenti Məsud Pezeşkianın Urmuya səfəri çərçivəsində Qərbi Azərbaycan əyalətinin bölgələrindən olan nümayəndələrlə keçirdiyi görüşdə mübahisə yaranıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Bukan şəhərinin miliyyətcə kürd olan millət vəkili Qəsım Osmani onun bölgəsindən nümayəndələrin görüşə dəvət olunmadıqlarını iddia edib.

Qoşaçay (Miyandab) şəhərinin azərbaycanlı millət vəkili Firudin Faiziniya isə kürd millət vəkilini yalan danışmaqda suçlayıb:

"Sən yalan danışırsan, dağınıqlıq yaradır və başqa məqsədlərə qulluq edirsən. Başqa rayonların hər birindən yalnız 1 nəfər dəvət edildiyi halda, sənin təmsil etdiyin bölgədən 3 nəfər dəvət olunsa da, onlar görüşə gəlməyiblər".

Mübahisənin qızışdığını görən Məsud Pezeşkian Firudin Faiziniyaya azərbaycanca "cavab vermə, yerində otur" deyə əsəbiləşib.

Qeyd edək ki, Qəsim Osmani bundan əvvəl də türk millət vəkilləri ilə mübahisə və qarşıdurmaları ilə məşhurlaşıb.

O, Qərbi Azərbaycan əyalətinin qeyri-türklər yaşayan cənub-qərb bölgəsnin Kürdüstan əyalətinə birləşdirilməsi və ya ayrıca əyalət elan edilməsi layihəsinin tərəfdarlarındandır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar