SON XƏBƏRLƏR

İranda azyaşlıların intihar sayı artıb

2025.10.28, 10:10
İranda azyaşlıların intihar sayı artıb

Son vaxtlar ölkədə intihar sayının, xüsusən 12 yaş və daha aşağı yaş qrupuna aid uşaqların intihar hallarının artmasına şahid oluruq.

Gunaz.tv

Bunu İran Sosial İşlər Təşkilatının rəhbəri Məhəmməd Bəthayi deyib.

“İndi kiberməkanda insanları intihara təşviq edən və hətta ağrısız intihar üsullarını öyrədən saytlar və şəbəkə mövcuddur”,- o əlavə edib.

Qeyd edək ki, son 7 il ərzində intihara cəhd edən yüz minlərlə iranlının 40 mini özünə qəsd nəticəsində həyatını itirib.

İran Tibbi Ekspertiza Mərkəzinin son hesabatına görə, intihar edənlərin 7%-i yeniyetmələr təşkil edir.

Psixoloqlar bunun gələcəyə ümidsizlik, yoxsulluq, işsizlik və başqa bu kimi problemlərlə irəli gəldiyini bildirirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar