SON XƏBƏRLƏR

Makılılar tarixi abidəyə görə canlı zəncir yaratdılar

2025.10.28, 14:23
Makılılar tarixi abidəyə görə canlı zəncir yaratdılar

Qərbi Azərbaycanın Makı şəhərində yüzlərlə insanın iştirakı ilə mədəni tədbir keçirilib.

Gunaz.tv

Tədbir şəhərin tarixi abidəsi olan Qaya (Qaban) qalasının qorunmasına diqqət məqsədi ilə təşkil olunub.

Tarixi abidənin ətrafında insan zənciri yaradan tədbir iştirakçıları bu vasitə ilə qalanın acınacaqlı vəziyyətinə diqqət cəlb etməyə çalışdıqlarını deyiblər, Mədəni İrs Təşkilatını Qaya qalasının bərpası və qorumasına çağırıblar.

Qeyd edək ki, Urartu dövrünə aid olan tarixi qaladan Teymurilər, Səlcuqlular, Ağqoyunlular, Səfəvilər və Qacarlar dövründə hərbi-strateji obyekt kimi istifadə olunub.

Qaya (Qaban) qalası İran Mədəni İrs siyahısında qeydiyyata alınsa da, onun bərpası və qorunması üçün iş görülməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar