SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda SEPAH komandirinə silahlı hücum edildi

2025.10.31, 13:49
Sistan və Bəlucistanda SEPAH komandirinə silahlı hücum edildi

Ötən gecə Sistan və Bəlucistan əyalətinin Xaş bölgəsində yerli SEPAH komandiri Məhəmməd Şahuzehinin olduğu avtomobilə silahlı hücum edilib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Naməlum silahlıların hücumu nəticəsində Şahuzehinin bir neçə mühafizəçisi yaralansa da, komandir xəsarət almayıb.

Qeyd edək ki, Məhəmməd Şahuzehi 2022-ci ilin 30 sentyabrında Zahidan şəhərində baş verən kütləvi etiraz aksiyasının yatırılmasında müstəsna rol oynayıb.

Onun başçılıq etdiyi qüvvələr dinc əhalinin öldürülməsi və yüzlərlə narazının saxlanılmasında iştirak edib.

Ona qarşı hücum isə onlarla etnik bəlucun öldürüldüyü həmin etiraz aksiyasının ildönümünə təsadüf edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar