SON XƏBƏRLƏR

KXDR XİN: Koreya yarımadasının nüvəsizləşdirilməsi qeyri-mümkündür

2025.11.01, 08:28
KXDR XİN: Koreya yarımadasının nüvəsizləşdirilməsi qeyri-mümkündür

KXDR-in xarici işlər nazirinin müavini Pak Men Ho Koreya yarımadasının nüvəsizləşdirilməsini Cənubi Koreyanın həyata keçirilməsi qeyri-mümkün olan xəyalı adlandırıb.

Gunaz.tv

Diplomatın Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılan açıqlamasında bildirilib.

"Biz səbir nümayiş etdirəcəyik ki, onlar (Cənubi Koreya - red.) nüvəsizləşdirmə haqqında nə qədər, hətta yüz və ya min dəfə danışsınlar, bu, xəyaldır", - bəyanatda deyilir.

Onun sözlərinə görə, Cənubi Koreyada hələ də başa düşmürlər ki, KXDR-in nüvə statusunun inkar edilməsi və yarımadanın nüvəsizləşdirilməsi arzusu ilə bağlı davamlı bəyanatlar Seulun "ağılsızlığını" göstərir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar