SON XƏBƏRLƏR

İranda iki hökumət məmuru öldürülüb

2025.11.03, 13:30
İranda iki hökumət məmuru öldürülüb

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr və Xaş bölgələrində SEPAH və ona bağlı "Bəsic" (Könüllülər ordusu) üzvlərinə silahlı hücm olub.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Məhəmməd Siyahanı və İsmayıl Şahuzehi həlak olub, bir "Bəsic" üzvü isə yaralanıb.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Rəsmi dövlət mediası silahlı hücumun "düşmən və müxalif qruplar" tərəfindən edildiyini yazıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar