SON XƏBƏRLƏR

İran məhkəməsi ərəb müəllimə 15 il həbs cəzası veridi

2025.11.03, 14:33
İran məhkəməsi ərəb müəllimə 15 il həbs cəzası veridi

İran məhkəməsi Xuzistan əyalətinin Behbəhan şəhərinin ibtidai məktəb müllimi Furuq Xosrəvini 15 il azadlıqdan məhrum edib.

Gunaz.tv

Bununla bağlı inan haqları fəalları məlumat yayıb.

Məlumata görə,gənc müəllim "hökumətə qarşı təbliğat", "Əli Xameneini təhqir etmək", "Xomeynini təhqir etmək" və "İsrailə bağlı media ilə əlaqə" ittihamlarına görə cəzalandırılıb.

İnsa haqları müdafiəçiləri müəllimə qarşı sürülən ittihamların əsassız olduğunu bildiriblər.

Onların fikrincə, Furuq Xosrəvi ictimai və müəllimlərin hüquqları ilə bağlı fəaliyyətlərinə görə şərlənib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar