SON XƏBƏRLƏR

Bəluçlra qarşı qanlı repressiyanın ildönümüdür

2025.11.04, 10:49
Bəluçlra qarşı qanlı repressiyanın ildönümüdür

Bu gün İranın hökumət qüvvələrinin etnik bəluçların yaşadığı Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində mülki vətəndaşlara qarşı qanlı hücumun ildönümüdür.

Gunaz.tv

GünazTV xatırladır ki, hadisə 2022-ci ilin 4 noyabrında (13 aban) baş verib.

Həmin gün Xaş şəhərinin əhalisi hökumət qüvvələrinin sentyabrın 30-da Zahidan şəhərində bəluçlara qarşı qəddarlığna görə etiraz aksiyası keçiriblər.

Şəhərə cəlb olunan SEPAH, polis və ordu qüvvələri etirazçılara atəş açıb, onlarla narazı bəluç öldürülüb, yüzlərlə insan yaralanıb. Bu, tarixdə "Xaş-ın qanlı cüməsi" adı ilə məşhurlaşıb.

Qeyd edək ki, Zahidan və Xaş şəhərlərində başlayan etiraz aksiyaları polis komandirinin 15 yaşlı yeniyetmə qıza təcavüz etməsi və cəzasız qalmasına görə başlayıb.

"Zahidanın qanlı cüməsi" adlandırılan həmin gün hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla, 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar