SON XƏBƏRLƏR

Tehranda iqtisadçı və tədqiqatçılar həbs edilib

2025.11.06, 10:06
Tehranda iqtisadçı və tədqiqatçılar həbs edilib

İran təhlükəszlik qüvvələri Tehranda iki iqtisadçı. bir sosyoloq və bir yazıçı, tədqiqatçını həbs edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, iqtisadçı Pərviz Sədaqət və Rəsul Qənbəri, tədqiqatçı Məhəmməd Malcu, siyasi sosyoloq Məhsa Əsədullahnəjad və yazıçı Şirin Kəriminin mənzillərinə hücum edilib.

Eyni vaxtda onların evində axtarş aparılıb. şəxsi əşyaları üsadirə olunub.

Adı çəkilən şəxslərin hara aparıldıqları və nədə ittiham olunduqları barədə məlumat verilmir.

Qeyd edək ki, həbs olunan tədqiqatçı Məhəmməd Malcu, 1946-cı ildə Azərbaycan Milli Hökumətinin devrilməsindən sonra Tehran rejiminin azərbaycanlılara qarşı repressiyalarını əks etdirən "Çörək ardınca köç" kitabının müəllifidir.

GünazTV  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar