SON XƏBƏRLƏR

Su çatışmazlığına görə paytaxt təxliyə edilməlidir - Pezeşkian

2025.11.07, 11:23
Su çatışmazlığına görə paytaxt təxliyə edilməlidir - Pezeşkian

Tehranda artıq su yoxdur və dekabr ayından suyu kvota ilə verməyə məcbur olacağıq.

Gunaz.tv

Bunu İran prezidenti Məsud Pezeşkian deyib.

"Suyu kvota ilə versək də yağış yağmayacağı təqdirdə paytaxt təxliyə olunmalıdır",- o bildirib.

Bununla eyni vaxtda Tehran əyalətinin Su və Kanalizasiya Şirkəti paytaxtda su çatışmazlığının təhlükəli həddə çatdığı haqda xəbərdarlıq edib.

Qeyd edək ki, Pezeşkian bundan əvvəl də paytaxtın Tehrandan köçürülməsinin seçim deyil, məcburiyyət olduğunu bildirib.

O quraqlıq böhranı ilə mübarizə və paytaxta su nəqlinin baha başa gəldiyini deyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar