SON XƏBƏRLƏR

Qoşaçaylı müəllimə həbs cəzası verildi

2025.11.07, 17:00
Qoşaçaylı müəllimə həbs cəzası verildi

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərindən olan təqüdə çıxmış müəllim və Müəllimlər Birliyinin üzvü Məhəmməd Həsən Davudi 3 il 4 ay azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Qoşaçay Cinayət Məhkəməsinin 103-cü bölməsi azərbaycanlı müəllimi "hökumətə qarşı təbliğat"da ittiham edib.

Məhəmməd Həsən Davudi bundan əvvəl də bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə saxlanılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar