Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.
Onun sözlərinə görə, əvvəlki Amerika administrasiyaları üç onillik ərzində bu ölkələrə lazımi diqqət yetirməyib. O, Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən regionun strateji əhəmiyyətini və Mərkəzi Asiyanın kritik minerallar, karbohidrogenlər və insan potensialı ilə zənginliyini qeyd edib.
"C5+1" platformasının 10 illiyi münasibətilə milyardlarla dollar dəyərində kommersiya sazişləri imzalanıb. Trampın sözlərinə görə, bu sazişlər Amerikada aviasiya, mədən, kənd təsərrüfatı, dəmir yolu, avtomobil və texnologiya sahələrində on minlərlə iş yerini dəstəkləyəcək.
Amerika Prezidenti keçirilən sammitin Amerika ilə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Türkmənistan arasında "münasibətlərin yeni, gözəl mərhələsinin başlanğıcı" olduğunu vurğulayıb.
C