SON XƏBƏRLƏR

Xuzistanda hava çirkliliyinə görə ölənlərin ayı açıqlandı

2025.11.10, 15:33
Xuzistanda hava çirkliliyinə görə ölənlərin ayı açıqlandı

Ötən bir il ərzində İranda ərəblərin kompakt yaşadığı Xuzistan əyalətində hava çirkliliyi səbəbindən 1624 nəfər həyatını itirib.

Gunaz.tv

Bu haqda İranın rəsmi İRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, həmin müddət ərzində minlərlə insan ekoloji problemə görə xəstəxanalara köçürülüb və əyalətə 427 milyon dollar ziyan dəyib.

Xuzistanda hava çirkliliyinin əsas amilləri neft, qaz, neft-kimya, polad, şəkər qamışı sənayesində süzgəz sistemlərinin quraşdırılmaması, və zəhərli qazların havaya buraxılmasıdır.

Qeyd edək ki, Tehranın Şəhid Beheşti Tibb Elmləri Universitetinin Havanın Keyfiyyəti və İqlim Dəyişikliyi Araşdırma Mərkəzinin məlumatına görə, 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə kimi İranda hava çirkliliyi səbəbindən ortalama 53470 nəfər həyatını itirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar