SON XƏBƏRLƏR

Vədud Əsədi: Bu aclıq eyləmi ölüm eyləmidir

2025.11.11, 11:08
Vədud Əsədi: Bu aclıq eyləmi ölüm eyləmidir

Tələblərimiz yerinə yetirilməsə, canımızı qurban verməyə and içmişik. Bu sözləri Vədud Əsədi öz məktubunda deyib.

Gunaz.tv

Evin Həbsxanasında həbsdə olan Azərbaycan milli fəalı Vədud Əsədi Azərbaycan xalqına və son günlərdə onun və digər həbsdə olan fəalların vəziyyətini izləyən hər kəsə minnətdarlığını bildirib və məktubunda aclıq eyləminin məqsədinin Azərbaycanlı fəallara qarşı haqsızlığa etiraz etmək olduğunu bildirib.

"Etirazımız ədalətə çağırışdır və bu aclıq eyləmi ölüm eyləmidir; tələblərimiz yerinə yetirilməsə, bəlkə də ölümümüz millətimiz üçün bir oyanış zəngi olacaq deyə canımızı qurban verməyə and içmişik." - deyə Vədud Əsədi bəy bildirib.

Fəal vurğulayıb ki, özünün və digər fəalların məqsədi mərhəmət və bağışlanma deyil, yalnız insan və milli hüquqların gerçəkləşdirilməsidir və onların eyləmi bu hüquqlar bərpa edilənə qədər davam edəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar