SON XƏBƏRLƏR

Son 10 ildə minlərlə universitet müəllimi İranı tərk edib

2025.11.15, 09:29
Son 10 ildə minlərlə universitet müəllimi İranı tərk edib

Son 10 il ərzində 12 min universitet müllimi ökəni tərk edib və bunun 60%-i son 4 ilə aiddir.

Gunaz.tv

Bunu İranın elm nazirinin keçmiş müavini Mustafa Zərifian deyib.

“Ali təhsilin ekosistemi və idarəçiliyi köklü dəyişikliklərə məruz qalıb və bu yeni ekosistem xüsusi səlahiyyətlər tələb edir”,- o əlavə edib.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi minlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.

Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən çox sayda müəllimə qarşı "hökumət əleyhinə təbliğat" ittihamı irəli sürülüb.

Bununla yanaşı İranda universitet müəllimlərnin də əmək haqları ilə inflyasiyanın arasında kəskin natarazlıq, onların başqa ölkələrə üz tutmalarınasəbəb olur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar