SON XƏBƏRLƏR

“Gölün Uşaqları” sənədli filmi İtaliyada nümayiş olunacaq

2025.11.15, 13:23
“Gölün Uşaqları” sənədli filmi İtaliyada nümayiş olunacaq

Beynəlxalq festivallarda nümayiş etdirildikdən sonra, tanınmış Azərbaycan sənədli film rejissoru Məhəmməd Əlimuradinin “Gülün Uşaqları” sənədli filmi bu dəfə İtaliyanın Piza şəhərində keçiriləcək VINCITRAME 2025 proqramında nümayiş olunacaq.

Gunaz.tv

Bu barədə Məhəmməd Əlimuradi özünün sosial media hesabında paylaşım edib.

"Tədbirdə dünyanın hər yerindən olan ən yaxşı müstəqil əsərlər nümayiş olunacaq. İtaliya, Xorvatiya və İspaniyadan olan filmlərlə yanaşı, “Gölün Uşaqları” filmi də təqdim olunacaq. Bu filmdə qurumuş Urmiya gölünün sahilindəki uşaqların hekayəsi canlandırılır." - deyə Məhəmməd Əlimuradi qeyd edib.

Qeyd edək ki, Film 19 noyabrda İtaliyanın Piza şəhərində nümayiş olunacaq.

Xatırladaq ki, bu film indiyə qədər böyük uğur qazanıb və 2014-cü ildə Finlandiya Film Festivalında ən yaxşı qısametrajlı film mükafatına laiq görülüb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar